Bank Of Baku

«AGLeasing» şirkətinin bağladığı müqavilələrin sayı artıb

«AGLeasing» şirkətinin bağladığı müqavilələrin sayı artıb
# 04 may 2010 13:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «AGLeasing» şirkətinin lizinq portfelinin həcmi 2010-cu ilin may ayının 1-nə 5,339 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 31% azdır.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin lizinqə verdiyi avadanlıqların dəyəri 29% azalaraq 8,394 mln. manat olub. Bu müddət ərzində şirkətin nizamnamə kapitalının həcmində artım olmayıb. Lakin bağlanan lizinq müqavilələrinin sayı son bir il ərzində 2,2% artaraq 141-ə çatıb. Lizinq portfelinin strukturuna gəldikdə, tikinti, ictimai nəqliyyat və istehsalat sahələri portfelin əsasını təşkil edib.

Xatırladaq ki, «AGLeasing» şirkəti 2005-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları rolunda «AGBank» ASC, Böyük Britaniyanın «Hyperion Capital Investments» və ABŞ-ın «Delta Trans Group» şirkətləri çıxış edir. Cari ilin may ayının 1-nə şirkətin nizamnamə kapitalı 1 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR