Bank Of Baku

Azərbaycanda bankların xarici öhdəlikləri yenidən artır

Azərbaycanda bankların xarici öhdəlikləri yenidən artır
# 04 may 2010 13:37 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 324,9 mln. manat və ya 17% artaraq 2010-cu ilin aprel ayının 1-nə 2 233,5 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, cari ilin əvvəlindən bu göstərici 301,2 mln. manat və ya 15,6% artıb, o cümlədən mart ayında artım 166,7 mln. manat və ya 8,1% təşkil edib.

Bankların xarici öhdəliklərinin dinamikası ardıcıl son 6 ay ərzində artım nümayiş etdirir. Belə ki, ötən ilin yanvar-sentyabr ayları ərzində dünya maliyyə böhranı ilə əlaqədar olaraq bankların xarici öhdəlikləri 251,7 mln. manat azaldığı halda, ilin sonrakı dövründə 180,1 mln. manat həcmində artım müşahidə olunub və həmin artım tendensiyası 2010-cu ildə də davam edib. Bu, Azərbaycan banklarının xarici bazarlardan maliyyə vəsaitlərin cəlb edilməsini bərpa etməsi kimi qiymətləndirilə bilər.

Bankların məcmu xarici aktivlərinin həcmi 2010-cu ilin aprelin 1-nə 1 613,5 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 511,7 mln. manat və ya 46,4% çoxdur. Bu göstərici birinci rübdə 339,8 mln. manat və ya 26,7%, o cümlədən mart ayında 275,5 mln. manat və ya 20,6% artıb.

Beləliklə, Azərbaycandakı kommersiya banklarının xarici öhdəlikləri məcmu xarici aktivləri 620 mln. manat və 38,4% üstələyir. Müqayisə üçün bildirək ki, 2008-ci ilin yekunları üzrə bu nisbət 868,8 mln. manat və ya 73,7%, 2009-cu ilin yekunlarına görə isə 658,6 mln. manat və ya 51,7% olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR