Bank Of Baku

FİFA builki dünya çempionatından gələcək xalis mənfəəti hesablayıb

FİFA builki dünya çempionatından gələcək xalis mənfəəti hesablayıb
# 04 may 2010 14:55 (UTC +04:00)
Bakı – APA-Economics. Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) 2010-cu ildə Cənubi Afrika Respublikasında (CAR) keçiriləcək dünya çempionatından gələcək xalis mənfəəti hesablayıb.

APA-Economics”in “The Financial Times”a istinadən məlumatına görə, hesablamalara əsasən, dünya çempionatının xalis mənfəəti 1 mlrd. dollar ola bilər.

FİFA-nın baş katibi Cerom Valke bildirib ki, matçların translyasiyası hüququnun satılmasından və sponsorlardan gələn vəsaitin ümumi kommersiya mənfəəti 3,3 mlrd. dollar olacaq. Bu məbləğin 1,2 mlrd. dolları CAR-da yarışların təşkilinə sərf olunacaq. 1 mlrd. dollar isə dünya çempionatının hazırlıq prosesində iştirak edən dövlət müəssisələrinə yardım qismində xərclənəcək.

C.Valke qalan 1 mlrd. dolları mənfəət adlandırmağın tez olduğunu söyləyib. Vəsait FİFA-nın ehtiyat fondunda toplanacaq.

Qeyd edək ki, futbol üzrə növbəti dünya çempionatı bu il iyunun 11-dən iyulun 11-dək CAR-da keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR