Bank Of Baku

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu I rübdə 3 dəfə artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu I rübdə 3 dəfə artıb
# 05 may 2010 06:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin I rübündə Azərbaycanda qeydiyyatda olan hüquqi və fiziki şəxslər 112 ölkə ilə 5,7 mlrd. ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, xarici ticarət dövriyyəsinin 4,5 mlrd. dollarını Azərbaycandan ixrac olunmuş mallar, 1,2 mlrd. dollarını isə ölkəyə idxal edilmiş məhsullar təşkil edib. Nəticədə, 3,3 mlrd. dollarlıq müsbət saldo yaranıb. Ötən ilin birinci rübü ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 48,8%, o cümlədən ixrac 1,8 dəfə artıb, idxal 12,6% azalıb, müsbət saldonun həcmi isə 3 dəfə artıb.

Hesabat dövründə idxal-ixrac əməliyyatlarının 59,3%-i Avropa, 33%-i Asiya, 6,4%-i Amerika, 1,2%-i Afrika qitəsi ölkələrinin, 0,1%-i isə Okeaniyanın payına düşüb. Xarici ticarət əməliyyatlarının 31,5%-i İtaliya, 6,6%-i İsrail, 6,1%-i Fransa, 6,1%-i Rusiya, 4,8%-i İndoneziya, 4,2%-i Ukrayna, 4,1%-i ABŞ, 3,2%-i Xorvatiya, 2,9%-i Türkiyə, 2,9%-i Qazaxıstan, 2,8%-i Hindistan, 2,8%-i Malayziya, 2,4%-i Çin, 1,6%-i Gürcüstan, 1,5%-i Kanada, qalan 16,5%-i isə digər dövlətlərlə aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR