Bank Of Baku

Azərbaycan əhalisi nağd dolların alışını kəskin azaldıb

Azərbaycan əhalisi nağd dolların alışını kəskin azaldıb
# 05 may 2010 07:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhali tərəfindən kommersiya banklarına satılan nağd dollar kütləsinin həcmi 2010-cu ilin yanvar-mart aylarında 251 985 500 dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,3% azdır. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, əhali tərəfindən banklar vasitəsi ilə nağd dolların alışının həcmi isə yanvar-mart aylarında 1 147 250 400 dollara bərabər olub ki, bu da 2009-cu ilin rüblük göstəricisindən 2 dəfə azdır.

Xatırladaq ki, bütövlükdə 2009-cu il ərzində əhali 1 418,760 min dollar həcmində satış, 5 807 164,2 min dollar həcmində isə alış əməliyyatları həyata keçirib ki, bu göstəricilər əvvəlki ilin I rübü ilə müqayisədə müvafiq olaraq 2,5% az və 16,9% çoxdur.

Eyni zamanda nağd dolların alışı üzrə aylıq dinamikada da azalma müşahidə olunur. Belə ki, fevral ayı ilə müqayisədə martda əhali nağd dolları 2% az alıb. Satışda isə 31%-lik artım baş verib.

Cari ilin mart göstəriciləri ötən ilin mart göstəriciləri ilə müqayisəsi alışın kəskin azaldığını göstərir. Belə ki, bu ilin martında alınmış nağd dolların həcmi ötən ilin mart həcmindən 2,5 dəfə azdır. Eyni zamanda, satışın həcmi 47,1% artıb.

Bu göstəricilər maraqlı bir amili üzə çıxarır. Belə ki, əsas yığım valyutası hesab olunan nağd dolların ənənəvi olaraq artan alışın azalması və bununla paralel satış həcmlərinin artması əhalinin yığım qabiliyyətinin azalması və əvvəllər yığılan valyuta ehtiyatlarının bir hissəsinin müxtəlif tələbatların ödənilməsi üçün manata çevrilərək xərclənməsinin nəticəsi kimi qiymətləndirilə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR