Bank Of Baku

Avronun məzənnəsi illik minimuma düşüb

Avronun məzənnəsi illik minimuma düşüb
# 05 may 2010 08:50 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunun iki əsas səbəbi var ki, bunlardan biri Avropada borc problemlərinin kəskinləşməsi, ikincisi isə ABŞ iqtisadiyyatının fəal bərpası ilə bağlıdır.

Xatırladaq ki, ötən həftənin sonunda Avrozonaya daxil ölkələrin maliyyə nazirləri Yunanıstana 110 mlrd. avro məbləğində maliyyə dəstəyinin göstərilməsinə dair razılığa gəliblər, çünki əks halda vahid Avropa valyutasının 11-illik tarixində gözlənilən ən kəskin böhranın qarşısını almaq mümkün olmayacaq. Maliyyə dəstəyinin təqdim edilməsinin əsas şərti Yunanıstanda dövlət xərclərinin, o cümlədən əmək haqqı və müavinətlərin kəskin azaldılmasıdır. Artıq Yunanıstan Maliyyə Nazirliyi müvafiq qanun layihəsini parlamentə təqdim edib, lakin ictimaiyyətdə və müxalifətdə bununla bağlı yaranmış narazılığı nəzərə alaraq sənədin qəbul edilməsi sual altındadır. Bundan əlavə, investorlar arasında ölkəyə göstəriləcək maliyyə yardımının uğursuz olması barədə ehtimallar möhkəmlənir ki, bu da birbaşa olaraq avronun məzənnəsinə təsir göstərir. Mənfi təsir həm də borc problemlərinin tədricən İspaniya və Portuqaliyaya keçməsi ehtimalları ilə «stimullaşdırılır».

Mütəxəssislərin fikrincə, avronun məzənnəsinin dəstəklənməsi məqsədi ilə Avropa Mərkəzi Bankı Avrozona banklarına kreditləşmə zamanı tələblərin yumşaldılması üsulu ilə müxtəlif güzəştlər təqdim edə bilər. Məsələn, Avropa Mərkəzi Bankı artıq banklardan Yunanıstanın dövlət istiqrazlarını girov kimi götürməyə hazır olduğunu bildirib və bu güzəştlərin digər dövlətlərin istiqrazlarına da şamil edilməsi ilə genişləndirilə bilər.

Digər tərəfdən hər gün ABŞ iqtisadiyyatının bərpa olunmasını sübut edən müxtəlif makroiqtisadi göstəricilər açıqlanır ki, bu da dolların dünya bazarlarında mövqelərini möhkəmləndirir.

Avro ilə dollar arasında qeyri-müəyyənlik Azərbaycanda da özünü göstərir. Belə ki, dolların manata qarşı məzənnəsi sabit saxlanılsa da, avronun manata qarşı məzənnəsi son bir ildə (daha dəqiq, ötən ilin aprelin 28-dən) ən minimal həddə – 1,0412 manata çatıb. Bunun səbəbləri Azərbaycanın daxilində deyil, yuxarıda qeyd edilən - Avropada baş vermiş borclar böhranı ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR