Aktivlərin strukturuna gəldikdə, müştərilərə verilən kreditlərin həcmi aprelin 1-nə 8 004,9 mln. manat (xüsusi çəkisi 66,54%), müxbir hesablar 1 066,13 mln. manat (8,86%), investisiyaların həcmi 855,25 mln. manat (7,11%), nağd vəsaitlər 585,19 mln. manat (4,86%), maliyyə sektoruna verilmiş kredit və depozitlərin həcmi 538,11 mln. manat (4,47%), digər aktivlər isə 980,43 mln. manat (8,16%) təşkil edib.
Kommersiya banklarının passivlərinin 83,42%-i öhdəliklərin payına düşür. Beləliklə, bank öhdəliklərinin həcmi 10 035,26 mln. manat təşkil edib ki, bu da ötən ilin aprelin əvvəlindən 3 007,52 mln. manat və ya 42,8% çoxdur. Öhdəliklərin tərkibində 4 493,42 mln. manat depozitlər, 4 774,43 mln. manat maliyyə sektorundan alınmış kredit və depozitlər və 767,41 mln. manat digər öhdəliklərin payına düşür. Bankların məcmu kapitalı son bir ildə 207,53 mln. manat və ya 11,6% artaraq 2010-cu ilin aprelin 1-nə 1 994,75 mln. manata çatıb.