Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankının yeni strateji inkişaf planı hazırlanıb

Azərbaycan Beynəlxalq Bankının yeni strateji inkişaf planı hazırlanıb
# 05 may 2010 12:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) «PricewaterhouseCoopers» beynəlxalq audit şirkəti ilə birgə 2010-2015–ci illəri əhatə edən strateji inkişaf planını hazırlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu məqsədlə bazardakı ümumi vəziyyət araşdırılıb, burada ABB-nin üstün və zəif cəhətləri qiymətləndirilib və növbəti beş il üçün strateji inkişaf xətti müəyyənləşdirilib. Hazırlanan layihələrin həyata keçirilməsi işində optimal variantlar razılaşdırılıb, bütün sahələr üzrə yeni hədəflərə müvəffəqiyyətlə çatmağın yolları açıqlanıb. Strategiya çərçivəsində prinsipial qərarların qəbul edilməsi, bütün sahələr üzrə artımın daim bazarı önləməsinə nail olmaq, yeni texnologiyaların tətbiqini davam etdirmək nəzərdə tutulur.

Xatırladaq ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 5 256,950 mln. manat, depozit portfeli 1 984,853 mln. manat, kredit portfeli 3 940,919 mln. manat, məcmu kapitalı 472,514 mln. manat, o cümlədən nizamnamə kapitalı 240 mln. manat təşkil edib.

Bankın hazırda 37 filialı, 590 bankomatı, 2 766 POS- terminalı, 1 214 işçisi və 924 902 müştərisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR