Bank Of Baku

Avropa Komissiyası: Bu il avrozonada ÜDM 0,9% artacaq

Avropa Komissiyası: Bu il avrozonada ÜDM 0,9% artacaq
# 05 may 2010 13:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Avropa İttifaqının (Aİ) icraçı orqanı olan Avropa Komissiyası (AK) avrozonanın iqtisadi artımına dair növbəti yarımillik hesabatını dərc edib.

«APA-Economics»in məlumatına görə, Komissiyanın hesablamalarına əsasən, avronun dövriyyədə olduğu 16 ölkədə məcmu ÜDM ötən ilə nisbətən 0,9% artacaq. Halbuki 2009-cu ildə bu göstərici 4,1% azalıb, 6 ay öncə isə AK avrozonada 2010-cu ildə iqtisadiyyatın 0,7% artacağını proqnozlaşdırırdı.

Bununla yanaşı, avronun dövriyyədə olduğu ölkələrdə 2011-ci ildə iqtisadi artım tempi artıq 1,5% təşkil edəcək. Buna paralel olaraq Avropanın 27 ölkəsi üzrə AK ÜDM-nin artım tempini ötən il 4,2% azaldığından sonra cari il üçün 1%, 2011-ci ildə isə 1,7% artacağını proqnozlaşdırır.

AK həmçinin 2010-cu ildə iqtisadi artım üzrə ən pis göstəricilərə malik olacaq ölkələri də hesabatda qeydə alıb. Belə ki, cari ildə Latviya (-3,5%), Yunanıstan (-3%), İrlandiya (-0,9%), İspaniya (0,4%) və Kipr (-0,4%) kimi ölkələrdə iqtisadi artım azalacağı proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR