Bank Of Baku

Beynəlxalq Sığorta Şirkətinin yeni strateji inkişaf planı təsdiqlənib

Beynəlxalq Sığorta Şirkətinin yeni strateji inkişaf planı təsdiqlənib
# 05 may 2010 14:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın Beynəlxalq Sığorta Şirkətinin (BSŞ) 2010-2015-ci illər üçün inkişaf strategiyası şirkətin təsisçisi olan Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyəti tərəfindən təsdiqlənib.

ABB-nin baş ofisidən «APA-Economics»ə verilən məlumata görə, strategiyanın hazırlanması zamanı Rusiya, Ukrayna, Qazaxıstan və digər ölkələrin təcrübəsi, müxtəlif inkişaf mərhələlərində sığorta bazarlarına xas olan proseslər və tendensiyalar nəzərə alınıb. «PricewaterhouseCoopers» beynəlxalq audit şirkəti tərəfindən BSŞ üçün hazırlanan inkişaf strategiyası şirkətin Azərbaycanın sığorta bazarında, xüsusilə post-böhran dövründə mövqelərinin möhkəmləndirilməsinə və inkişafına kömək edəcək.

Qeyd edək ki, «Moody’s Investors Service» beynəlxalq reytinq agentliyi Beynəlxalq Sığorta Şirkətinə «Stabil» proqnozlu «B2» dərəcəli maliyyə sabitliyi reytinqini (Insurance Financial Strength Rating, IFSR) təqdim edib. Bu gün şirkət Azərbaycanın sığorta sektoru üçün ən yüksək reytinq dərəcəsi alan yeganə sığorta təşkilatıdır.

Xatırladaq ki, 2002-ci ildə Azərbaycan Beynəlxalq Bankı tərəfindən təsis edilmiş BSŞ hazırda müştərilərə 37 sığorta növü üzrə xıdmət göstərir. Cari ilin yanvar-mart aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 2,70 mln. manat, ödənişləri isə 1,120 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR