Bank Of Baku

Avropa Yenidənqurma və İnkişaf Bankı daha bir Azərbaycan şirkətində iştirak payı alıb

Avropa Yenidənqurma və İnkişaf Bankı daha bir Azərbaycan şirkətində iştirak payı alıb
# 05 may 2010 14:16 (UTC +04:00)
APA-Economics”in məlumatına görə, mərasim AYİB-in “Datacell” şirkətinin səhm kapitalına 4 mln. dollar məbləğində investisiya qoyuluşu ilə bağlı təşkil edilib. Beləliklə, ənənəvi olaraq AYIB səhm paketinin 30%-dək hissəsinin sahibi olub. Bununla yanaşı, şirkətin 5 direktorundan biri AYİB nümayəndəsi olub.

Tədbirdə çıxış edən AYİB təmsilçisi Dino Schatis qeyd edib ki, bu, Azərbaycan İKT sahəsinə ilk investisiya qoyuluşudur: “Ümumilikdə Azərbaycanda 103 layihə həyata keçirilib və 1,4 mlrd. avro sərmayə qoyulub. AYİB dünya üzrə 122 layihəyə 2,6 mlrd. avro sərmayə qoyub. Bank Bakıda artıq geniş zolaqlı simsiz internet xidmətləri təmin edən və hazırda bu xidmətlərlə ölkənin regionlarına çıxmağı nəzərdə tutan “Datacell” SC-nin səhm kapitalına investisiya yatırmaqla Azərbaycanda internet xidmətlərindən istifadənin genişlənməsini dəstəkləyir”.

Qeyd edək ki, 2005-ci ildə yaradılmış “Datacell” şirkəti “Elcell” ticarət markası altında fəaliyyət göstərir. Şirkətin xidmətləri ən müasir HC-SDMA “iBurst” simsiz rabitə texnologiyasına əsaslanır. Bu texnologiya münasib qiymətlərlə yüksək sürətli və etibarlı simsiz kabel və mobil internet xidmətini təmin edir. Geniş zolaqlı internet xidmətlərindən başqa, “Datacell” həmçinin bank, pərakəndə satış, nəqliyyat və digər sektorlar üçün bir sıra yüksək keyfiyyətli internet xidmətləri təklif edir.

“Datacell” şirkətinin yeni buraxılmış səhmlərinə AYİB-in investisiya yatırması şirkətə paytaxtda və ondan kənarda yeni fərdi və işgüzar müştəriləri üçün xidmətlərini genişləndirmək imkanı verəcək. Şirkət 2011-ci ildə Bakı və onun ətraf ərazilərini əhatə edən bütün Abşeron yarımadasında, eləcə də ölkənin 12 əsas şəhərində yüksək sürətli internet xidmətlərini təmin etməyi planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR