Bank Of Baku

Qlobal Risk Peşəkarları Assosiasiyasının Azərbaycanda iki regional direktoru təyin olunub

Qlobal Risk Peşəkarları Assosiasiyasının Azərbaycanda iki regional direktoru təyin olunub
# 06 may 2010 06:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Qlobal Risk Peşəkarları Assosiasiyasının (GARP) Himayəçilər Şurası regional əməkdaşlığı gücləndirmək məqsədilə təşkilatın Azərbaycandakı nümayəndəliyi təstiqləyib və iki regional direktor təyin edib. GARP-dan «APA-Economics»ə verilən məlumata görə, bunlar Azərbaycan Mərkəzi Bankı Kredit təşkilatlarının fəaliyyətinə nəzarət Departamentinin aparıcı mütəxəssisi Tural Baxşəliyev və «Amrahbank»ın İdarə Heyətinin sədri Emil Məmmədovdur.
Bütün dünyada 100 mindən artıq üzvü olan GARP, risk menecerlərinin inkişafına dəstək olan regional nümayəndəliklərinin fəaliyyətini inkişaf etdirir. Dünyanın 40 ölkəsində nümayəndəliklərə sahib olan GARP, 57 regionu təmsil edən 88 regional direktorlara malikdir.
Qeyd edək ki, GARP risk menecmenti üzrə ixtisaslaşmış peşəkar qurumdur. GARP risklərin idarə edilməsi üzrə kompleksli tədris və təlim kurslarının keçirilməsi, sertifikatlaşdırma, şirkətlərə risk mədəniyyətinin aşılanması ilə məşğuldur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR