Bank Of Baku

Azərbaycan əhalisinin nominal gəlirləri yanvar-may aylarında 9,5% artıb

Azərbaycan əhalisinin nominal gəlirləri yanvar-may aylarında 9,5% artıb
# 18 iyun 2010 14:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycanda əhalinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,5% artaraq 9,4 mlrd. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu dövrdə əhalinin hər nəfərinə orta hesabla 1 056,7 manat və ya əvvəlki ilin eyni dövründəkindən 8,3% çox gəlir düşüb.

Gəlirlərin 69,7%-i son istehlaka, 9,9%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 18,7%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

Vergilər, digər icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 8,5 mlrd. manatlıq və ya əvvəlki ildəkindən 10,2% çox vəsait qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR