Bank Of Baku

İslam İnkişaf Bankının prezidenti: “Azərbaycanda fəaliyyət göstərən maliyyə qurumlarının bankla mövcud əməkdaşlığı genişləndirəcəyinə ümid edirik”

İslam İnkişaf Bankının prezidenti: “Azərbaycanda fəaliyyət göstərən maliyyə qurumlarının bankla mövcud əməkdaşlığı genişləndirəcəyinə ümid edirik”
# 19 iyun 2010 12:40 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə bun gün Azərbaycana səfərə gələn IDB prezidenti Əhməd Məhəmməd Əli bildirib.

Onun sözlərinə görə, tədbir çərçivəsində müəyyən siyasi qərarların, eyni zamanda bankın fəaliyyətinin qiymətləndirilməsi və nəzərdən keçirilməsi də nəzərdə tutulub: «Toplantı zamanı bir sıra tədbirlərin keçirilməsi, o cümlədən IDB-yə üzv ölkələrə maliyyə böhranının təsirinə dair simpoziumun keçirilməsi, həmçinin islam bankçılığının perspektivlərinin müzakirəsi nəzərdə tutulur. Tədbir çərçivəsində IDB-nin qurumları - Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası, İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası, İnkişaf naminə İslam Həmrəylik Fondunun illik iclasları, həmçinin bir sıra müxtəlif görüşlər, seminar, forum və təqdimatlar da keçiriləcək».

IDB prezidenti, həmçinin Azərbaycanda fəaliyyət göstərən maliyyə qurumlarının bankla mövcud əməkdaşlığı genişləndirəcəyinə ümid etdiyini də bildirib.

Qeyd edək ki, IDB 1975-ci ildən fəaliyyət göstərir. Hazırda Bankın 56 üzvü var, Azərbaycan isə 1992-ci ildən Bankın üzvüdür. Bankda Azərbaycan tərəfdən müdir İqtisadi İnkişaf naziri Şahin Mustafayev, alternativ müdir isə maliyyə naziri Samir Şərifovdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR