Bank Of Baku

İslam İnkişaf Bankının prezidenti: “Maliyyə böhranından ən az islam bankları zərər çəkib”

İslam İnkişaf Bankının prezidenti: “Maliyyə böhranından ən az islam bankları zərər çəkib”
# 19 iyun 2010 12:47 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycanda səfərdə olan İslam İnkişaf Bankının (IDB) prezidenti Əhməd Məhəmməd Əli bildirib.

Onun sözlərinə görə, maliyyə böhranı ən çox borclarla bağlı əməliyyatlar aparan banklara təsir edib: «Əlbəttə, maliyyə böhranı IDB-yə üzv olan ölkələrdən tamamilə yan keçməyib və bank hazırda bu təsirin aradan qaldırılmasına dair müəyyən tədbirlər həyata keçirir».

Qeyd edək ki, IDB 1975-ci ildən fəaliyyət göstərir. Hazırda Bankın 56 üzvü var, Azərbaycan isə 1992-ci ildən Bankın üzvüdür. Bankda Azərbaycan tərəfdən müdir İqtisadi İnkişaf naziri Şahin Mustafayev, alternativ müdir isə maliyyə naziri Samir Şərifovdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR