Bank Of Baku

İslam İnkişaf Bankı xarici investorları Azərbaycana cəlb etmək niyyətindədir

İslam İnkişaf Bankı xarici investorları Azərbaycana cəlb etmək niyyətindədir
# 19 iyun 2010 12:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. “İslam İnkişaf Bankının (IDB) Bakıda keçiriləcək Direktorlar Şurasının İllik Toplantısından istifadə edərək xarici investorları Azərbaycana cəlb etmək niyyətindəyik”. “APA-Economics”in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan IDB-nin prezidenti Əhməd Məhəmməd Əli deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda yüksək inkişaf templəri mövcuddur ki, bu da müxtəlif xarici investorların cəlb edilməsi üçün vacib amillərdəndir.

Xatırladaq ki, iyunun 23-24-də Bakıda IDB Direktorlar Şurasının XXXV İllik Toplantısı keçiriləcək. Tədbirdə IDB-yə üzv olan 56 ölkənin maliyyə, iqtisadiyyat və planlaşdırma nazirləri, beynəlxalq maliyyə təşkilatlarının nümayəndələri və digər yüksək vəzifəli qonaqlar iştirak edəcəklər. Ümumilikdə tədbir zamanı 30-a yaxın iclasın keçirilməsi və 850-dən çox qonağın iştirakı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR