«APA-Economics»in məlumatına görə, ötən həftə ərzində birja dövriyyəsinin gündəlik göstəriciləri aşağıdakı kimi olub:
Müddətin yekunlarına görə, dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət əməliyyatlarının nəticəsi üzrə orta göstərici) 0,03% artaraq 0,8039 manat təşkil edib. Dolların rəsmi məzənnəsi də 0,03% artıb və 0,8038 manata bərabər olub:
Ötən həftə ərzində avronun rəsmi məzənnəsinin 0,8% artmasına baxmayaraq, avronun məzənnəsi manatla bərabərlikdən hələ də aşağı səviyyədə qalır. Ümumilikdə, həftənin son gününə avronun məzənnəsi 0,9971 manat təşkil edib: