Bank Of Baku

«Azərbaycan Sənaye Bankı» paytaxtda yeni filial açıb

«Azərbaycan Sənaye Bankı» paytaxtda yeni filial açıb
# 21 iyun 2010 08:11 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Azərbaycan Sənaye Bankı» ASC «Park Bulvar» ticarət mərkəzində yeni filialını açıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, filial bayram və istirahət günləri daxil olmaqla, həftənin bütün günləri, saat 10:00-dan 21:30-dək fasiləsiz olaraq müştərilərə xidmət göstərir.

Bundan başqa, «Giriş» mərtəbəsində və III mərtəbədə bir bankomat mərkəzin iş vaxtı ərzində müştərilərə xidmət göstərir.

«ASB Park Bulvar» filialında bütün bank xidmətləri, o cümlədən, cari və müddətli bank hesabları, fərdi kreditlər, biznes kreditləri, plastik kartlarla əməliyyatlar, POS-terminal xidmətləri, bütün növ valyuta əməliyyatları, habelə konvertasiya əməliyyatları, təcili pul köçürmələri, rabitə və kommunal xidmətlərə görə ödənişlərin qəbulu və s. xidmətlər təqdim olunur.

Xatırladaq ki, «Azərbaycan Sənaye Bankı» ASC 1996-cı ildə «CI Bank» kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. Cari ilin iyun ayının 1-nə bankın aktivlərinin həcmi 106 318,26 mln. manat, depozit portfeli 73 002,63 mln. manat, kredit portfeli 72 634,44 mln. manat, məcmu kapitalı 24 887,01 mln. manat, o cümlədən nizamnamə kapitalı 22 114 mln. manat təşkil edir. Bankın ölkə üzrə 9 filialı, 26 bankomatı və 259 POS-terminalı mövcuddur. Bankın plastik kartlarından istifadə edən müştərilərinin sayı 14 min, ümumi müştərin sayı isə 25 mindən çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR