Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı ilə Özəl Sektorun İnkişafı üçün İslam Korporasiyası arasında saziş imzalanıb

Azərbaycan Beynəlxalq Bankı ilə Özəl Sektorun İnkişafı üçün İslam Korporasiyası arasında saziş imzalanıb
# 21 iyun 2010 10:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakda İslam İnkişaf Bankı (IDB) Direktorlar Şurasının 35-ci illik toplantısı çərçivəsində keçirilən «Azərbaycan və digər MDB ölkələrində biznes və investisiya imkanları» mövzusunda konfrans zamanı bir neçə anlaşma memorandumu imzalanıb.
«APA-Economics»in verdiyi məlumata görə, tədbir çərçivəsində Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Sahibkarlar Konfederasiyası arasında anlaşma memorandumu, Azərbaycan İnvestisiya Şirkəti, «Azərtoxum» MMC və «AzərAqro» MMC arasında birgə investisiya qoyuluşuna dair müqavilə bağlanıb. Bununla yanaşı, Azərbaycan Beynəlxalq Bankı (ABB) və Özəl Sektorun İnkişafı üçün İslam Korporasiyası (IDB qrupunun üzvü) arasında «ABB üçün təklif olunan maliyyələşdirmə xəttinin şərtləri üzrə Saziş» imzalanıb.
Qeyd edək ki, «Azərbaycan və digər MDB ölkələrində biznes və investisiya imkanları» mövzusunda konfrans iyunun 22-dək davam edəcək. Tədbirdə 300-dən çox yerli və xarici iş adamı iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR