Bank Of Baku

ICD Azərbaycan Beynəlxalq Bankına daha 30 mln. dollar kredit ayıracaq

ICD Azərbaycan Beynəlxalq Bankına daha 30 mln. dollar kredit ayıracaq
# 21 iyun 2010 10:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Özəl Sektorun İnkişafı üçün İslam Korporasiyası (ICD - İslam İnkişaf Bankı (IDB) qrupunun üzvü) Azərbaycan Beynəlxalq Bankına (ABB) 30 mln. ABŞ dolları məbləğində kredit ayıracaq. «APA-Economics»in məlumatına görə, bunu ABB-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev bildirib.

Onun sözlərinə görə, bu gün tərəflər arasında imzalanmış sazişə əsasən, ICD Azərbaycan Beynəlxalq Bankına kiçik və orta biznesin maliyyələşdirilməsi üçün 15 mln. dollar məbləğində kredit ayıracaq: «Bu bizə ICD tərəfindən ayrılan sayca dördüncü kreditdir ki, bundan öncə imzalanmış müqavilələr uğurla davam etdirilir. İyunun 24-də isə IDB-nin Bakıda keçirilən Direktorlar Şurasının 35-ci illik toplantısı çərçivəsində ICD-nin ABB-yə ticarətin maliyyələşdirilməsi üçün daha 30 mln. dolların ayrılmasına dair müqavilə imzalanacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR