Bank Of Baku

Gələn həftə Bakıda Azərbaycan-Suriya hökumətlərarası komissiyasının iclası keçiriləcək

Gələn həftə Bakıda Azərbaycan-Suriya hökumətlərarası komissiyasının iclası keçiriləcək
# 21 iyun 2010 10:43 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. İyunun 29-30-da Bakıda Azərbaycan-Suriya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının iclası keçiriləcək. Bu barədə «APA-Economics»ə açıqlamasında hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən həmsədri, kənd təsərrüfatı naziri İsmət Abasov məlumat verib.

İ.Abasovun sözlərinə görə, bu, hökumətlərarası komissiyanın ilk iclasıdır. Toplantıda ölkələr arasında iqtisadiyyatın prioritet sahələri üzrə əməkdaşlığın inkişaf etdirilməsinə dair məsələlər müzakirə olunacaq.

Suriya tərəfdən isə hökumətlərarası komissiyanın həmsədri bu ölkənin neft və mineral ehtiyatlar naziri Sufian əl-Allaodur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR