Bank Of Baku

Asiya İnkişaf Bankının Azərbaycanda sərmayələri 45% azalıb

Asiya İnkişaf Bankının Azərbaycanda sərmayələri 45% azalıb
# 21 iyun 2010 12:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Asiya İnkişaf Bankı (AİB) tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyaların həcmi 5 308,1 min manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, AİB tərəfindən yatırılan investisiyanın həcmi 2009-cu ilin yanvar-may aylarına nisbətən 44,4% azalıb. Hesabat dövründə xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş xarici investisiyaların həcmində AİB-in sərmayələrinin xüsusi çəkisi 0,8% təşkil edib.

Qeyd edək ki, Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Hazırda AİB-in Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) çərçivəsində Azərbaycanda Yevlax-Gəncə və Qazax-Gürcüstan sərhədi avtomobil yollarının reabilitasiya və genişləndirilməsi, Dəmir Yolu Ticarəti və Daşımalara Dəstək layihələri, habelə «Şəhər su təchizatı və kanalizasiya Layihəsi», «Elektrik enerjisinin ötürülməsi sisteminin yaxşılaşdırılması Layihəsi», Gəncə dairəvi avtomobil yolunun tikintisini və digər layihələr maliyyələşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR