Bank Of Baku

«Parabank» biznes kreditləri üzrə yeni kampaniyaya başlayıb

«Parabank» biznes kreditləri üzrə yeni kampaniyaya başlayıb
# 21 iyun 2010 15:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» ASC sahibkarlıqla bağlı layihələri maliyyələşdirmək üçün biznes kreditləri üzrə yeni «Yay» kampanisına başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin oktyabr ayının 1-dək davam edəcək kampaniya sahibkarlara biznesində uğur qazanmağa yardımçı olacaq. Artıq biznes krediti üçün müraciət edən müştərilərə yeni endirimli tariflər təklif olunacaq.

Sahibkarlığın inkişafı üçün nəzərdə tutulan biznes tarifləri 24 ay müddətinə 24-26% manatla, 23-25% dollarla, 18 ay müddətinə 26-27% manatla, 25-27% dollarla, 24 ay müddətinə isə 28-30% manat, 27-29% dollarla verilir.

Sahibkar «Parabank» ASC-nin istənilən filialına müraciət edərək 10-60 min manat (dollar) biznes krediti əldə edə bilər.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 94,993 mln. manat, depozit portfeli 58,154 mln. manat, kredit portfeli 64,721 mln. manat, məcmu kapitalı 13,134 mln. manat, o cümlədən nizamnamə kapitalı 15,570 mln. manat olub.

Hazırda bankın ölkə üzrə 15 filialı, 10 bankomatı və 127 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR