Bank Of Baku

«AIG Caspian İnsurance» bu ili mənfəətlə başa vurmaq niyyətindədir

«AIG Caspian İnsurance» bu ili mənfəətlə başa vurmaq niyyətindədir
# 22 iyun 2010 08:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AIG Caspian İnsurance» Azərbaycan-ABŞ sığorta şirkəti 2010-cu il ərzində 1,6 mln. manat həcmində sığorta haqqı toplamaq niyyətindədir. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin maliyyə direktoru Elmar İslam bildirib.

E.İslamın sözlərinə görə, 2010-cu il üçün gözlənilən daxilolamaların həcmi 2009-cu ildə toplanan sığorta haqqlarının faktiki həcmi ilə eyni olacaq. Builki daxilolamalarda 0,6 mln. manatın «Əmlak sığortası», 0,5 mln. manatın isə «Yanğın sığortası» növləri üzrə əldə olunacağı proqnozlaşdırılır.

E.İslam həmçinin qeyd edib ki, bu il şirkətin 0,2 mln. manat həcmində mənfəət əldə edəcəyi gözlənilir. Qeyd edək ki, şirkət 2009-cu ili zərərlə başa vurub.

Qeyd edək ki, «AIG Caspian İnsurance» sığorta şirkəti Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. Şirkətin təsisçiləri rolunda yerli «Caravan İnvestment» (51%) və ABŞ-ın «AIG İnc.» (49%) şirkətləri çıxış edir. Hazırda şirkət 7 könülü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR