Bank Of Baku

«Bank SilkWay» yeni kredit kampaniyasına start verib

«Bank SilkWay» yeni kredit kampaniyasına start verib
# 22 iyun 2010 09:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank SilkWay» ASC «Kreditlə istirahət» adlı yeni kampaniyaya başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, müştərilər «SW Travel» turizm şirkətinə zəng etməklə dünyanın istənilən ölkəsinə səyahət paketi əldə edə bilər. Kampaniyanın şərtlərinə görə, səyahət xərcinin 80%-dək hisəəsi bank tərəfindən verilən kreditlə, qalanı isə müştərinin özü tərəfindən ödənilir.

Şərtlərə əsasən, səyahət üçün ayrılan kreditin məbləği maksimum 5 min manat ola bilər.

Xatırladaq ki, «Bank SilkWay» ASC 1993-cü ildə «Azal Bank» kimi yaradılıb. Sonradan bankın səhmdarları sırasında olan «Azərbaycan Hava Yolları» QSC və onun tərkibindəki strukturlar öz payını «SilkWay Holding»ə satıb. Hazırda bankın səhmdarları rolunda «SilkWay Holding» (83,66%) və bir neçə fiziki şəxs çıxış edir. Bankın respublika üzrə 9 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR