Bank Of Baku

ICD-nin rəhbəri: Azərbaycan regionun investisiya mərkəzinə çevrilir

ICD-nin rəhbəri: Azərbaycan regionun investisiya mərkəzinə çevrilir
# 22 iyun 2010 11:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan regionun investisiya mərkəzinə çevrilmək ərəfəsindədir. «APA-Economics»in məlumatına görə, bunu İslam İnkişaf Bankı (IDB) qrupunun üzvü olan Özəl Sektorun İnkişafı üçün İslam Korporasiyasının (ICD) icraçı direktoru və baş meneceri Xalid əl-Əbudi bildirib.

IDB-nin Direktorlar Şurasının 35-ci illik toplantısı çərçivəsində iki gün davam edən «Azərbaycan və digər MDB ölkələrində biznes və investisiya imkanları» mövzusunda keçirilən tədbirə dair mətbuat konfransında çıxış edən əl-Əbudi qeyd edib ki, Azərbaycanda və digər MDB ölkələrində biznesin aparılması üçün müəyyən potensial mövcuddur: «Lakin bir çox investorların bu barədə ətraflı məlumatları yoxdur. «Azərbaycan və digər MDB ölkələrində biznes və investisiya imkanları» tədbiri də məhz bu boşluğu aradan qaldırılması istiqamətində atılan addımdır».

ICD-nin rəhbəri onu da bildirib ki, hazırda Azərbaycanın iqtisadi inkişafı çox yaxşı səviyyədədir: «Azərbaycan regionun investisiya mərkəzinə çevrilmək ərəfəsindədir. Ümumiyyətlə, IDB Azərbaycanla əməkdaşlığa, ICD isə öz növbəsində Azərbaycanda qeyri-neft sektorunun inkişafı, lizinq şirkətinin yaradılması kimi təşəbbüslərə böyük önəm verir».

Qeyd edək ki, «Azərbaycan və digər MDB ölkələrində biznes və investisiya imkanları» mövzusunda konfrans sabah işini yekunlaşdıracaq. Tədbirdə 300-dən çox yerli və xarici iş adamı iştirak edir. Sözügedən tədbir bu gün başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR