Bank Of Baku

İslam İnkişaf Bankı Müdirlər Şurasının Bakıda keçirilən İllik Toplantısında «Amrahbank»ın sədri geniş təqdimatla çıxış edib

İslam İnkişaf Bankı Müdirlər Şurasının Bakıda keçirilən İllik Toplantısında «Amrahbank»ın sədri geniş təqdimatla çıxış edib
# 22 iyun 2010 11:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. İslam İnkişaf Bankı Qrupunun Müdirlər Şurasının Bakıda keçirilən 35-ci İllik Toplantısında Azərbaycanın «Amrahbank» ASC-nin İdarə Heyətinin sədri Emil Məmmədov geniş təqdimatla çıxış edib.

«Amrahbank» ASC-nin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, təqdimatda «Amrahbank»ın beynəlxalq maliyyə qurumları və investisiya şirkətləri ilə əlaqələrin genişləndirilməsi istiqamətində fəal mövqeyi, bankın qarşısında duran strateji məqsədlər, müştərilərə şəriyyət prinsipləri əsasında qurulmuş bankçılıq məhsullarının təklif edilməsi, həmçinin banka Azərbaycanda, habelə qonşu ölkələrdə İslam bankçılığı sahəsində mövcud olan geniş potensial imkanlardan bəhrələnmək üçün şəratin yarandığı qeyd olunub.

Qeyd edək ki, Bakıda İslam İnkişaf Bankı Qrupunun Müdirlər Şurasının İllik Toplantısı bu ilin iyun ayının 20-dən 24-dək davam edəcək. Müdirlər Şurasının İllik Toplantısı çərçivəsində Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının və Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə «Azərbaycan və MDB ölkələrində biznes və investisiya imkanları» mövzusunda konfrans keçirilib. Konfransa MDB ölkələrində investisiya imkanlarının araşdırılmasında maraqlı olan, Afrika, Avropa, Yaxın Şərq və Asiyanın bir çox ölkələrini təmsil edən beynəlxalq investorlar qatılıb.

Qeyd edək ki, «Amrahbank» bu konfransın Platin Sponsoru olub.

İslam İnkişaf Bankı Qrupunun biznes-forum bölməsi olan «THIQAH Business Partner», Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) da qeyd edilən tədbirə dəstək verən təşkilatlar sırasında olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR