Bank Of Baku

Bakıda İslam İnkişaf Bankının ilk Strateji Əməkdaşlıq Forumu keçirilib

Bakıda İslam İnkişaf Bankının ilk Strateji Əməkdaşlıq Forumu keçirilib
# 22 iyun 2010 13:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakıda keçirilən İslam İnkişaf Bankı (IDB) Direktorlar Şurasının 35-ci illik toplantısı çərçivəsində Strateji Əməkdaşlıq Forumu işə başlayıb.

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev qeyd edib ki, islam ölkələri arasında institusional qarşılıqlı əməkdaşlığı genişləndirmək və inkişaf etdirmək üçün ölkələr arasında ilk növbədə maliyyə və iqtisadi əməkdaşlıq inkişaf etdirilməlidir və yalnız bundan sonra müəyyən nailiyyətlər əldə etmək olar.

Öz növbəsində tədbirdə çıxış edən IDB-nin prezidenti Əhməd Məhəmməd Əli bildirib ki, IDB banka üzv olan ölkələr arasında həmrəyliyi və əməkdaşlığı genişləndirmək niyyətindədir. Belə ki, bunun icrası üçün artıq müvafiq mexanizm də hazırlanıb: «Bunun üçün üzv-ölkələr birgə addımlar atmalı, ümumi strateji inkişaf proqramları həyata keçirməli və həmin proqramların sayını artırmalıdır».

Qeyd edək ki, IDB-nin Direktorlar Şurasının iclası çərçivəsində ilk dəfə Strateji Əməkdaşlıq Forumu Bakıda keçirilib. Növbəti forumun isə Yəməndə keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, IDB 1975-ci ildən fəaliyyət göstərir. Hazırda Bankın 56 üzvü var, Azərbaycan isə 1992-ci ildən Bankın üzvüdür. Bankda Azərbaycan tərəfdən müdir İqtisadi İnkişaf naziri Şahin Mustafayev, alternativ müdir isə maliyyə naziri Samir Şərifovdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR