Bank Of Baku

«MBASK» sığorta şirkətinin səhmdarlarının tərkibində dəyişiklik olub

«MBASK» sığorta şirkətinin səhmdarlarının tərkibində dəyişiklik olub
# 23 iyun 2010 07:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «MBASK» sığorta şirkətinin əsas səhmdarı olan Eldar Qəribov şirkətin digər səhmdarları Natella Mikuçadze və Cəmil Məlikova, habelə «Unibank» ASC-yə məxsus səhmləri alıb.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yerinə yetirilən tranzaksiyalar nəticəsində şirkətin səhmdarlarının strukturu dəyişib və hazırda sığorta şirkətinin səhmdarları rolunda E.Qəribov (70%) və Avropa Yenidənqurma və İnkişaf Bankı (30%) çıxış edirlər.

Şirkətdən bildirilib ki, «MBASK»ın səhmdarlarının tərkibinin dəyişməsi şirkətin strategiyasına və operativ işinə əhəmiyyətli dəyişikliklər gətirməyəcək. Əvvəlki kimi, onun fəaliyyətinin başlıca prioriteti bazarda aparıcı mövqelərinin qorunub saxlanması, müştərilərə xidmət göstərilməsinin yüksək səviyyəsinin formalaşdırılması və keyfiyyətli sığorta məhsulları və xidmətləriniin satışına kompleks yanaşmadır.

Xatırladaq ki, «MBASK» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin iyun ayının 1-nə şirkətin nizamnamə kapitalı 5,730 mln. manat təşkil edib. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR