Bank Of Baku

Azərbaycanın İtaliyadakı səfirliyində audit aparılacaq

Azərbaycanın İtaliyadakı səfirliyində audit aparılacaq
# 23 iyun 2010 07:37 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Hesablama Palatası Azərbaycanın İtaliyadakı səfirliyində audit aparacaq. Bu barədə «APA-Economics»ə Hesablama Palatasından məlumat verilib.

Məlumatda qeyd olunub ki, Palatanın ötən həftə keçirilən kollegiya iclasında Azərbaycanın İtaliyadakı səfirliyinin saxlanılması üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrası, dövlət rüsumlarının hesablanması və ödənilməsi üzrə Audit Proqramı təsdiq edilib. Auditin nə zaman keçiriləcəyi barədə məlumat açıqlanmayıb.

Qeyd edək ki, bundan əvvəl Hesablama Palatası Azərbaycanın Türkiyədəki səfirliyində auditin aparılması proqramını təsdiq edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR