Bank Of Baku

Azərbaycanda illik inflyasiyanın artacağı gözlənilir

Azərbaycanda illik inflyasiyanın artacağı gözlənilir
# 23 iyun 2010 10:11 (UTC +04:00)
«APA-Economics»in rəsmi statistik məlumatlar əsasında apardığı hesablamalar göstərir ki, cari və ötən ilin əvvəlində istehlak qiymətlərinin dinamikası tam fərqli olub. Belə ki, ötən ilin yanvar-may ayları ərzində inflyasiya tempinin azalması, cari ilin eyni dövründə isə artım tendensiyası müşahidə olunub:




Göründüyü kimi, ötən ilin may-dekabr ayları, yəni 7 ay ərzində inflyasiyanın azalması cari ilin ilk 5 ayı ərzində «kompensasiya» olunub. Belə ki, cari ildə inflyasiyanın artım tempi ötən ilin ilk 5 ayı istisna olmaqla müşahidə olunan azalma tempini üstələyir. Ötən ilin yanvar-may aylarında isə dünya maliyyə və iqtisadi böhranın Azərbaycana təsirinin ən kəskin dövrü olub ki, bu da deflyasiyanın genişlənməsində əksini tapıb.

Beləliklə, ötən ilin əvvəlindən keçən dövrü şərti olaraq üç mərhələyə bölmək mümkündür. Bu, 2009-cu ilin əvvəlindən may ayına kimi, iyundan ilin sonuna kimi və cari ilin əvvəlindən may ayına kimi olan dövrlərdir. Birinci dövrdə kəskin aylıq deflyasiya nəticəsində illik inflyasiyanın azalması, ikinci dövrdə inflyasiyanın tədricən azalması və üçüncü dövrdə ikinciyə nisbətən inflyasiyanın daha sürətlə artması baş verib.

Hesablamalar göstərir ki, Azərbaycan iqtisadiyyatında gələcək aylarda illik inflyasiyanın artması ehtimalları böyükdür. Bu da ilk növbədə dünya iqtisadiyyatında canlanma və neft və digər xam malların dünya bazarlarında bahalaşması nəticəsində baş verə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR