Bank Of Baku

«Azal Sığorta» şirkətinin lisenziyası bərpa olunub

«Azal Sığorta» şirkətinin lisenziyası bərpa olunub
# 23 iyun 2010 11:13 (UTC +04:00)
Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, lisenziyasın qüvvəsinin dayandırılmasına əsas verən halların aradan qaldırılmasını təmin etməsi ilə əlaqədar Nazirliyin müvafiq əmri ilə şirkətin lisenziyasının qüvvəsi bərpa olunub.

Qeyd edək ki, bu ilin may ayının 7-dən etibarən Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti «Əmrah Sığorta», «Günay Sığorta» və «Azal Sığorta» şirkətlərinə sığorta fəaliyyəti üçün verilən lisenziyanın qüvvəsini dayandırıb. Lisenziyanın dayandırlmasına əsas səbəb kimi həmin şirkətlərin maliyyə sabitliyi və ödəmə qabiliyyəti normativlərinə əməl olunmasının təmin edilməsi barədə dövlət sığorta nəzarəti orqanı tərəfindən verilən təqdimatları icra etməmələri göstərilir.

Nazirlikdən həmin şirkətlərə maliyyə sabitliyi və ödəmə qabiliyyəti normativlərinə əməl olunmasının təmin edilməsi ilə bağlı 6 ay vaxt verilib. Bu vaxt çərçivəsində normativlərə əməl etməyən şirkətlərin lisezniyalarının ləğv ediləcəyi bildirilib.

Xatırladaq ki, ölkədə fəaliyyət gösətən sığorta şirkətləri üçün minimum məcmu kapital tələbi 01.01.2010-cu vəziyyətinə 2 mln. manat, 01.01.2011-ci ilə 3,5 mln. manat, 01.01.2012-ci ilə isə 5 mln. manat olmalıdır. Yeni yaradılan sığorta şirkətləri üçün isə minimum kapital tələbi isə artıq 5 mln. manatdır.

Qeyd edək ki, təsisçisi «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyəti olan «Azal Sığorta» şirkəti 1995-ci ildən fəaliyyət göstərir. Hazırda şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edir.

Bu ayın əvvəlində artıq «Əmrah Sığorta» ASC-nin də lisenziyasının qüvvəsi bərpa olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR