Bank Of Baku

«Bank of Baku» nizamnamə kapitalı iki dəfə artırıb

«Bank of Baku» nizamnamə kapitalı iki dəfə artırıb
# 23 iyun 2010 11:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC-nin səhmdarlarının qərarı ilə bankın nizamnamə kapitalı təxminən iki dəfə artırılaraq 12,852 mln. manata çatdırılıb.

Bankın baş ofisidən «APA-Economics»ə verilən məlumata görə, nizamnamə kapitalının artırılması mövcud səhmdərin konvertasiyası yolu ilə - 3,4 mln. səhmin nominal dəyərinin 2 manatdan 3,78 manatadək artırılması ilə həyata keçirilib.

Qeyd edək ki, nizamnamə kapitalının artımı «Bank of Baku»ya nizamnamə fondunun genişlənməsinə yönələn mənfəət vergisinin moratoriumu ilə faydalanmasının nəticəsidir.

Xatırladaq ki, «Bank of Baku» ASC 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə yerli fiziki şəxs çıxış edir.

Cari ilin iyun ayının 1-nə bankın məcmu kapitalı 32,424 mln. manat təşkil edir ki, bu da kapitalın adekvatlıq əmsalının səviyyəsini 18,92% saxlamağa imkan yaradır. Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının tələbinə müvafiq olaraq məcmu kapitalın minimal adekvatlıq əmsalı 12%-dir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR