Bank Of Baku

İslam İnkişaf Bankı müsəlman icmaları üçün yeni layihələrin maliyyələşdirilməsinə 241 mln. dollar ayıracaq

İslam İnkişaf Bankı müsəlman icmaları üçün yeni layihələrin maliyyələşdirilməsinə 241 mln. dollar ayıracaq
# 23 iyun 2010 11:58 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, ayrılan maliyyə vəsaiti banka üzv olan ölkələr, o cümlədən Çad, İran, Mali, Seneqal, Burkina-Faso, Syerra Leone, Toqo, Livan və Nigeriya üçün yeni inkişaf layihələri və ərəb dünyasında gənclərin məşğulluğu üzrə texniki yardım qrantı üçün nəzərdə tutulub.

Şura həmçinin Vəqf Fondundan Burundi, Efiopiya, Qana, Hindistan, İsveç və Niderlanddakı müsəlman icmaları üçün proqramlar üzrə texniki yardım qrantlarını da təsdiq edib.

Bunula yanaşı, IDB Tacikistanda daşqınlardan, Qırğızıstanda etnik qarşıdurmadan və Nigeriyada ərzaq böhranından əziyyət çəkən insanlara yardım göstərmək məqsədilə 3,4 mln. dollar məbləğində vəsaitin ayrılmasını da təsdiq edib.

Qeyd edək ki, 2009-cu il üzrə xarici ticarətin maliyyələşdirilməsi də daxil olmaqla IDB tərəfindən təsdiq olunan maliyyə paketi 457 əməliyyat üzrə 7,254 mlrd. dollar təşkil edib. Bu da 2008-ci ildəkindən 29% çoxdur. IDB tərəfindən yaradıldığı vaxtdan - 1975-ci ildən 2009-cu ilin sonunadək təsdiq edilən maliyyə paketi 64 mlrd. dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR