Bank Of Baku

Əhməd Məhəmməd Əli yenidən İslam İnkişaf Bankının prezidenti seçilib

Əhməd Məhəmməd Əli yenidən İslam İnkişaf Bankının prezidenti seçilib
# 23 iyun 2010 12:02 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tam leyhinə olaraq IDB-nin prezidenti vəzifəsinə yenidən hazırda bu quruma rəhbərlik edən Əhməd Məhəmməd Əli seçilib.

Bundan başqa, toplantıda IDB-yə üzv olan ölkələrdən direktorlarının çıxışı dinlənilib. İki gün davam edəcək tədbirdə üzv ölkələrdə böhrandan sonra ərzaq təhlükəsizliyinə nail olunması üzrə 21-ci İllik Simposium, əl-Əqsa və əl-Qüds Fondlarının Ali Şuralarının və İdarəetmə Komitələrinin İclasları, İnvestisiya və İxrac Kreditlərinin sığortası üzrə İslam Korporasiyasının Müdirlər Şurasının 17-ci İllik Toplantısı, İslam Həmrəylik Fondunun Müdirlər Şurasının 3-cü İllik Toplantısı, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının 10-cu Baş Assambleyası, Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının 5-ci Baş Assambleyası keçiriləcək.

Qeyd edək ki, IDB 1975-ci ildən fəaliyyət göstərir. Hazırda Bankın 56 üzvü var, Azərbaycan isə 1992-ci ildən Bankın üzvüdür. Bankda Azərbaycan tərəfdən müdir iqtisadi inkişaf naziri Şahin Mustafayev, alternativ müdir isə maliyyə naziri Samir Şərifovdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR