Bank Of Baku

Corc Soros: “Almaniyanın siyasəti Avropa İttifaqının mövcudluğunu təhlükə altında qoyur”

Corc Soros: “Almaniyanın siyasəti Avropa İttifaqının mövcudluğunu təhlükə altında qoyur”
# 23 iyun 2010 13:18 (UTC +04:00)
Bakı - APA-Economics. Almaniyanın büdcəyə qənaət siyasəti Avropa İttifaqının mövcudluğunu təhlükə altında qoyur. “APA-Economics”in “Reuters”ə istinadən məlumatına görə, bu bəyanatla dünya şöhrətli maliyyəçi və investor Corc Soros çıxış edib.

Onun sözlərinə görə, Almaniyanın siyasəti Avropa İttifaqı layihəsini darmadağın edə və avronu kollaps vəziyyətinə sala bilər: “Berlin öz qonşularını deflyasiyaya sürükləyir ki, bu da çoxillik tənəzzülə səbəb ola bilər. İstehsalda tənəzzül isə millətçiliyin qızışdırılmasına, sosial narahatlığa və ksenofobiyaya gətirib çıxaracaq”.

C.Soros problemdən çıxış yolu kimi Almaniyanın qlobal təcridinin aradan qaldırılmasını və əhalinin maaşlarının artırılmasına imkan verilməsini təklif edib: “Bu isə bütün Avropanın inkişafına səbəb olacaq”.

Qeyd edək ki, Almaniya hökumətinin büdcə xərclərini azaltmaq proqramı 2014-cü ilə qədər 80 mln. avroya qənaət etmək imkanı verəcək. proqram sosial ehtiyaclara xərclərin azaldılmasını, federal nazirliklərdə 10 min iş yerinin ixtisar olunmasını, məmurların maaşlarının azaldılmasını və s.-i nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR