Bank Of Baku

«AzSığorta» yeni regional filialın açılışına hazırlaşır

«AzSığorta» yeni regional filialın açılışına hazırlaşır
# 23 iyun 2010 13:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AzSığorta» ASC yaxın vaxtlarda Qəbələ rayonunda filial açacaq. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədri Əli Hüseynov bildirib.

Ə.Hüseynovun sözlərinə görə, filialın açılışı ilə bağlı hazırlıq işləri görülür. Yaxın günlərdə filialın açılış gününün tarixi müəyyənləşəcək.

Ə.Hüseynov bildirib ki, baş ofisdə müştərilərə göstərilən bütün xidmətlər Qəbələ filialında da tətbiq ediləcək.

Xatırladaq ki, «AzSığorta» şirkəti 2006-cı ilin dekabr ayında fəaliyyətə başlayıb. Respublika üzrə 7 filialı və 40-dan çox nümayəndəliyi olan şirkət müştərilərə 25 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR