Bank Of Baku

Azərbaycanda RSI indeksi artıb

Azərbaycanda RSI indeksi artıb
# 23 iyun 2010 14:12 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda pərakəndə satış indeksi (Retail Sales Index – RSI) 2010-cu ilin may ayı üzrə 108,9% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks aprel ayında 88,1%-ə bərabər olub.

RSI indeksi ay ərzində satılmış malların (iaşə müəssisələri daxil olmaqla) ümumi dəyərinin əvvəlki ayın eyni göstəricisinə nisbəti kimi hesablanır. Belə ki, cari ilin may ayında ümumi pərakəndə dövriyyəsi 1 074 mln. manat, aprel ayında 986,6 mln. manat, martda 1 120,5 mln. manat, fevralda 975,2 mln. manat, yanvarda isə 1 016,4 mln. manat təşkil edib.

Beləliklə, indeksin yanvar ayında kəskin azalmasından sonra fevral-mart aylarında həmin göstəricinin tədricən artımı, apreldə kəskin azalması, mayda isə yenidən kəskin artması müşahidə olunub. Bu da əhali tərəfindən mayda mal alışı həcminin artırdığını göstərir.

Bundan başqa, göründüyü kimi, bu il ərzində RSI indeksi yalnız mart və may aylarında 100%-dən artıq olub. Qeyd edək ki, RSI indikatorunun 100%-dən artıq olması hesabat ayı ərzində əhali tərəfindən alınan malların həcmi və ya dəyərinin əvvəlki ayla müqayisədə artmasını göstərir, bu da istehlak bazarında canlanmanın əsas göstəricilərindən biridir. Müvafiq olaraq, indeksin 100%-dən aşağı olması istehlak bazarında geriləmənin təzahürüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR