Bank Of Baku

Azərbaycanın pərakəndə ticarət şəbəkəsində mal ehtiyatları indeksi stabil qalıb

Azərbaycanın pərakəndə ticarət şəbəkəsində mal ehtiyatları indeksi stabil qalıb
# 23 iyun 2010 14:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən pərakəndə ticarət müəssisələrindəki mal ehtiyatları indeksi 2010-cu ilin may ayı üzrə 100,8% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, aprel ayında da bu göstərici 100,8% olub. Müqayisə üçün qeyd edək ki, martda pərakəndə ticarət müəssisələrindəki mal ehtiyatları indeksi 105% təşkil edib.

İndeks hesabat ayının sonuna pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının dəyərinin əvvəlki ayın sonuna olan analoji göstəriciyə nisbəti kimi hesablanır. Mal ehtiyatları indeksinin azalması pərakəndə ticarət şəbəkəsində satış həcminin artdığını və ya tədarükçülərdən alınan malların həcminin azaldığını əks etdirə bilər. Müvafiq olaraq indeksin artması ticarət sahəsində canlanmanı göstərir. Bizim halda indeks dəyişməz qalaraq may ayında ticarətin aprellə müqayisədə eyni səviyyədə qaldığını nümayiş edir.

Həmçinin qeyd edək ki, dünya praktikasında mal ehtiyatlarının dinamikası tədarük deyil, ilk növbədə məhz satışın dinamikasının əksi kimi qəbul olunur. Bu səbəbdən də, indeksin azalması makroiqtisadi baxımından müsbət, artması isə mənfi göstəricidir.

Xatırladaq ki, mal ehtiyatları indeksi fevralda 102,3%, yanvarda isə 88,3% təşkil edib. Beləliklə, yanvar istisna olmaqla, cari ilin əvvəlindən pərakəndə ticarətdə mal ehtiyatlarının həcminin tədricən artması müşahidə olunur.

Pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının həcmi yanvarın 1-nə 125,6 mln. manat, fevralın 1-nə 110,9 mln. manat, martın 1-nə 113,4 mln. manat, aprelin 1-nə 119,1 mln. manat, mayın 1-nə 120,1 mln. manat, iyunun 1-nə isə 121 mln. manata bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR