Bank Of Baku

Azərbaycan prezidenti İranın iqtisadiyyat və maliyyə nazirini qəbul edib

Azərbaycan prezidenti İranın iqtisadiyyat və maliyyə nazirini qəbul edib
# 23 iyun 2010 16:12 (UTC +04:00)
Bakı – APA-Economics. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakıda səfərdə olan İran İslam Respublikasının iqtisadiyyat və maliyyə naziri Seyid Şəmsəddin Hüseyninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezidentin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, İ.Əliyev Azərbaycan ilə İran arasında iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq bu əlaqələrin bundan sonra da genişlənəcəyinə əmin olduğunu bildirib.

S.Ş.Hüseyni İran prezidenti Mahmud Əhmədinejadın salamlarını Azərbaycan prezidentinə çatdırıb. Qonaq İslam İnkişaf Bankı Qrupunun 35-ci illik toplantısındakı çıxışına görə bütün həmkarları adından İ.Əliyevə təşəkkür edib.

Azərbaycan prezidenti M.Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR