Bank Of Baku

Azərbaycan Milli Nömrələyici Agentliklər Assosiyasiyasının toplantısında iştirak edib

Azərbaycan Milli Nömrələyici Agentliklər Assosiyasiyasının toplantısında iştirak edib
# 24 iyun 2010 07:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Parisdə (Fransa) Milli Nömrələyici Agentliklər Assosiyasiyasının (ANNA) səhmdarlarının ümumi yığıncağı keçirilib.

Azərbaycan Milli Depozit Mərkəzindən (MDM) «APA-Economics»ə verilən məlumata görə, yığıncaqda ANNA-nın səhmdarı qismində MDM də təmsil edilib. Toplantıda təşkilatın il ərzində gördüyü işlər barəsində hesabat verilib, gələcək fəaliyyət istiqamətləri müəyyən edilib.
Qeyd edək ki, 1992-ci ildə təsis edilmiş ANNA təşkilatının əsas məqsədi qiymətli kağızlar və digər maliyyə alətlərinin vahid identifikasiya prinsiplərinin tətbiq edilməsi ilə milli fond bazarlarının inteqrasiyasına dəstək olmaq və beynəlxalq infrastruktur mərkəzinə çevrilməkdir. ANNA-nın üzvü olan təşkilatlar qiymətli kağızlara ISIN və CFI beynəlxalq identifikasiya kodlarının verilməsi üzrə səlahiyyət verilmiş nömrələyici agentliklər hesab edilir. Hazırda ANNA-nın 79 tam üzvü və 27 əməkdaşı 118 ölkəni təmsil edən infrastruktur təşkilatları-depozitarlar, birjalar və tənzimləyicilərdir.
Xatırladaq ki, MDM 2008-ci ilin iyun ayınından ANNA-nın tamhüquqlu üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR