İranın iqtisadiyyat və maliyyə naziri: Ümid edirəm ki, iranlı iş adamlarının Azərbaycanda investisiya yatırımları daha da inkişaf edəcək - MÜSAHİBƏ
- Hazırda İran və Azərbaycan arasında münasibətlər istər iqtisadi, istərsə də investisiya qoyuluşu sahəsində yüksək səviyyədədir. Bizim Azərbaycanla mədəniyyət, din və dil baxımından tarixi əlaqələrimiz hər sahədə, o cümlədən iqtisadi sahədə münasibətlərin genişlənməsinə geniş imkanlar yaradır. Hesab edirəm ki, iki ölkənin prezidentlərinin səyləri nəticəsində əlaqələrimiz inkişaf edir.
- İranla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi hansı səviyyədədir və bunun artırılması mümkündürmü?
- Son illər ərzində iki ölkə arasında ticarət mübadiləsi 500 mln. dollar həcmində olub. Bununla yanaşı, iranlı iş adamlarının Azərbaycanda xüsusilə tikinti sahəsinə sərmayə yatırımlarının şahidiyik. Amma etiraf etməliyəm ki, bu işlər bizim nəzərdə tutduğumuz həcmdən qat-qat aşağıdır. Əlbəttə, İran və Azərbaycan arasında ölkə rəhbərliyi, eləcə də siyasi cəhətdən əlaqələr çox yaxşıdır. İki ölkənin yüksək rütbəli şəxslərinin qarşılıqlı səfərləri göstərir ki, siyasi cəhətdən münasibətlər yüksək olduğu kimi, iqtisadi cəhətdən də əlaqələr həmin səviyyədə gözlənildiyindən də artıq olmalıdır. Düşünürəm ki, gələcəkdə iki ölkə arasında iqtisadi sahədə 10 mlrd. dollar həcmində ticarət mübadiləsini qarşımıza məqsəd qoysaq, bunun bütün sahələrdə əməkdaşlığa köməyi olacaq.
- Azərbaycanda İslam bankçılığının inkişaf etdirilməsində İran tərəfinin buna nə kimi dəstəyi ola bilər?
- İran İslam bankçılığı sahəsində bütün imkanlarını dost, qardaş Azərbaycan dövlətinin və xalqının ixtiyarına verməyə hazırdır. Bu, ölkələrimiz arasında iqtisadi sahə başda olmaqla bütün sahələrdə olan əməkdaşlığımıza müsbət təsir edəcək. Bizim digər İslam ölkələri ilə də belə əməkdaşlığımız var.
- İranla Azərbaycan arasında müştərək azad ticarət zonasının yaradılmasına münasibətiniz necədir?
- Azərbaycan Respublikası ilə İranın Şərqi Azərbaycan vilayəti arasında iki ölkənin sərhədində müştərək azad ticarət zonasının yaradılması haqda bir razılaşma var. Bunun reallaşdırılmasının tərəfdarıyıq və bu sahədə işlər görülür. Sadəcə, iş icraçıları bu sahədə bir az tələsməlidir. Əlbəttə, biz ticarət əməliyatlarının asanlaşdırılması və sadələşdirilməsi üçün sərhəddə müştərək nəzərət-buraxılış məntəqəsinin təsis edilməsinin tərəfdarıyıq. Həmin binada həm Azərbaycanın, həm də İranın gömrük işçiləri fəaliyyət göstərməli, İrandan Azərbaycana gətirilən, eləcə də Azərbaycandan İrana aparılan məhsullar elə oradaca öz qanuni həllini tapmalıdır. Yəni, iranlı tacir Azərbaycana gətirdiyi malın sənədini müştərək binada İran gömrük işçisinə təqdim etdikdə, həmin sənəd Azərbaycan gömrük işçisinin də masası üstünə gəlir və iş öz qanuni həllini elə oradaca tapır. Azərbaycanlı iş adamı üçün də bu proses eyni asanlıqla baş verir. Bu, ikitərəfli ticarət və iqtisadi əməkdaşlığın genişlənməsi və asanlaşmasına yardım edər. Bizim bəzi ölkələrlə bu cür təcrübəmiz mövcuddur. Təcrübə göstərir ki, bu, iqtisadi əməkdaşlığın inkişafına olduqca müsbət təkan verir.
- İran investorları Azərbaycanda daha çox hansı sahəyə investisiya yatırmaqda maraqlıdır?
- İranlılar Azərbaycanda ən çox tikinti, istehsalat və kənd təsərrüfatına yatırım etməkdə maraqlıdır. Bu sahədə müəyyən işlər gedir və ümid edirəm ki, iki ölkənin rəhbərliyinin səyləri nəticəsində gələcəkdə iranlı iş adamlarının Azərbaycanda investisiya qoyuluşu sahəsində işlər daha da inkişaf edəcək.
Maliyyə
“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb
ING: Ermənistanın seçki nəticələri Azərbaycanla münasibətlərdə riskləri tam aradan qaldırmır
ING-dən ən yüksək proqnoz: Bu il Azərbaycanda CƏB-in profisiti 11%-ə çatacaq
TuranBank gender bərabərliyi və maliyyə inklüzivliyinin təşviqi məqsədilə beynəlxalq fonddan vəsait cəlb edib
Xəbər Lenti
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb
DÇ-26: ABŞ 4 qol vuraraq 3 xalı qazanıb
Bu gün Azərbaycanda “Son zəng”dir
ABŞ Hörmüzə doğru gedən bir neçə İran PUA-sını vurub
Müdafiə naziri: İsrail İrana qarşı hərəkət azadlığını qorumaq niyyətindədir
BƏƏ İranın 10 milyard dollarlıq aktivlərinin dondurulmasını ləğv etmək qərarına gəlib
Şəmkirdə qəzada ölən sürücünün kimliyi məlum olub - YENİLƏNİB
İsrail ordusu Qəzzada HAMAS-ın anbarlarına zərbə endirdiyini açıqlayıb
Britaniya Rusiya xam neftindən istehsal olunan dizel və kerosin idxalını qadağan edəcək
Katz: İsrail ordusu Livan, Suriya və Qəzzadakı bölgələrdən çəkilməyəcək
BVF Kiyevlə 690 milyon dollarlıq tranş üzrə ilkin razılığa gəlib
DÇ: Kanada və Bosniya qarşılaşması heç-heçə başa çatıb
KİV: ABŞ İranda zənginləşdirilmiş uranı ələ keçirmək üçün yerüstü əməliyyatı nəzərdən keçirib
Hikmət Hacıyev Trans-Xəzər Forumunda çıxış edib
Əraqçi: Danışıqlar iki mərhələdə nəzərdə tutulub
Zelenski rus dilinin Ukraynada qorunan dillər siyahısından çıxarılması ilə bağlı qanunu imzalayıb
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi keçirilib - VİDEO
Hakan Fidan Qətər və ABŞ nümayəndələri ilə sülh danışıqlarını müzakirə edib
Aİ-nin bütün ölkələri Ukrayna və Moldovanın ittifaqa qəbuluna dair danışıqlara başlanmasına razılıq verib
Azərbaycan vətəndaşlarının Suriyadan repatriasiyası həyata keçirilib
Fransanın bəzi media qurumları Azərbaycana qarşı qarayaxma kampaniyası aparır - AÇIQLAMA
Azərbaycan və Slovakiya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb
İran XİN: Hazırda anlaşma memorandumunu müzakirə etmək üçün müvafiq İran orqanları arasında görüş keçirilir
ABŞ rəsmisi: İranla müqavilədə Hörmüz boğazının açılması, sanksiyaların ləğvi nəzərdə tutulur
Tramp: İranla müqavilənin həftənin sonuna və ya bazar ertəsi günü imzalana biləcəyinə inanıram
Şahbaz Şərif: ABŞ və İran sülh müqaviləsinin mətni ilə bağlı razılığa gəlib
Tramp Əraqçinin İran və ABŞ-ın razılaşmanı yekunlaşdırmağa yaxın olduğuna dair mövqeyini bölüşür
Fuat Oktay Azərbaycan Prezidentini təbrik edib
DÇ-2026: ABŞ ilk matçına çıxır
Əraqçi: ABŞ-la razılaşma heç vaxt olmadığı qədər yekunlaşmağa yaxındır
Katz: İsrail Livan, Suriya və Qəzzadakı təhlükəsizlik zonalarından çəkilməyəcək
Gədəbəyə diametri 11 mm olan dolu düşüb - FAKTİKİ HAVA
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin inkişafı üzrə İşçi Qrupu yaradılıb
Putin: Rusiya Ukraynaya qarşı cavab zərbələrini artıracaq
Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim keçirilib - VİDEO
İRİA: Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi imkanları genişləndirilib
Hava limanlarının idarə edilməsi qaydası təsdiqlənib
Rüfət Səfərova hökm oxunub
Netanyahu Prezident İlham Əliyevə təbrik ünvanlayıb
Qusar sakini çayda boğulub, nəvəsini polis xilas edib - VİDEO - FOTO
Tramp Tehranı razılaşma ilə bağlı yalan məlumat yaymaqda günahlandırıb: İranla xoş niyyətlə danışıq mümkün deyil
Kürdəmirdə 28 yaşlı oğlan kanalda boğulub
Beyləqan sakini kanalda batıb
İş yerlərində gender bərabərliyi mövzusunda tədbirlər keçirilib
“Reuters”: ABŞ və İran arasında memorandum bazar günü Cenevrədə imzalana bilər
Dövlət qurumları ilə gənc startaplar arasında əməkdaşlığa töhfə verən hakaton keçirilib
Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB