Bank Of Baku

Azərbaycanda yanvar-may aylarında 67 mln. manat sığorta haqqı toplanıb

Azərbaycanda yanvar-may aylarında 67 mln. manat sığorta haqqı toplanıb
# 24 iyun 2010 08:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Cari ilin yanvar-may aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının ümumi həcmi 66,906 mln. manata çatıb.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə həyata keçirilən sığorta ödənişlərinin ümumi həcmi 18,509 mln. manat təşkil edib.

Bu müddət ərzində həyat sığortası üzrə daxilolmaların həcmi 603,659 min manat, qeyri-həyat sığortası üzrə 52,432 mln. manat, icbari sığorta növləri üzrə isə 13,870 mln. manat olub.

Ödənişlərə gəldikdə isə, həyat sığortası üzrə 120,7 min manat, qeyri-həyat sığortası üzrə 15,129 mln. manat, icbari sığorta növləri üzrə isə 3,259 mln. manat həcmində ödəniş aparılıb.

Bundan başqa, daxilolmaların strukturunda ən çox sığorta haqqı «Tibbi sığorta» (12,831 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (12,471 mln. manat), «Hava nəqliyyatı vasitələrinin sığortası» (7,539 mln. manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (7,437 mln. manat) və «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (6,824 mln. manat) növləri üzrə toplanıb. Bu növlərin məcmu sığorta haqlarında payı müvafiq olaraq 19,18%, 18,64%, 11,26%, 11,12% və 10,20% təşkil edib.

Ödənişlərdə isə ən çox vəsait «Tibbi sığorta» (6,688 mln. manat və ya 36,13%), «Avtonəqliyyat vasitələrinin sığortası» (5,894 mln. manat və ya 31,84%) və «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (2,725 mln. manat və ya 14,72%) növləri üzrə ödənilib.

Qeyd edək ki, Azərbaycanda 27 sığorta təşkilatı («Günay Sığorta» şirkətinin lisenziyasının qüvvəsi dayandırılıb) fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR