Bank Of Baku

«Kapital Bank»ın plastik kartlarla bağlı keçirdiyi kampaniya başa çatıb

«Kapital Bank»ın plastik kartlarla bağlı keçirdiyi kampaniya başa çatıb
# 24 iyun 2010 09:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kapital Bank» ASC-nin 2009-cu ilin dekabr ayının 1-dən başladığı «Bazar olsun» adlı kampaniyasının müddəti başa çatıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bankın maaş kartları sahibəri üçün keçirilən bu kampaniya bu ilin may ayının 31-də yekunlaşıb.

Kampaniyanın mahiyyəti ondan ibarətdir ki, maaş kartları sahibləri ticarət və xidmət müəssisələrində kart vasitəsilə ödəmələr edir və kampaniyanın qalibi olmaq şansı qazanırlar. Qaliblər tranzaksiyaların məbləğinə əsasən deyil, sayına görə müəyyənləşdirilib. Kampaniya çərçivəsində hər bir tranzaksiya 5 manatdan az olmamalıdır. Sayca ən çox tranzaksiya keçirmiş 9 ən fəal iştirakçı mükafat sahibi olacaq. Mükafatlar bu ilin iyun ayının 25-də bankın baş ofisində təqdim olunacaq.

Kampaniyanın ən fəal iştirakçısı «Super priz», yəni balansı 2 min manat olan «MasterCard Standard» plastik kartı ilə mükafatlandırılacaq. Növbəti 3 fəal iştirakçı balansında 800 manat, qalan 5 iştirakçı isə balansında 500 manat olan «MasterCard Standard» kart alacaq. Göstərilən məbləğlərdən müvafiq qaydada vergi tutulacaq.

Xatırladaq ki, «Kapital Bank» 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «Paşa Holding» (97,5%) və bankın əmək kollektivi (2,5%) çıxış edir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 492,318 mln. manat, depozit portfeli 325,897 mln. manat, kredit portfeli 268,274 mln. manat, məcmu kapitalı 67,192 mln. manat, o cümlədən nizamnamə kapitalı 24 mln. manat təşkil edib. Bankın ölkə üzrə 89 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR