Bank Of Baku

İslam İnkişaf Bankı əlavə vəsait cəlb edəcək

İslam İnkişaf Bankı əlavə vəsait cəlb edəcək
# 24 iyun 2010 10:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. İslam İnkişaf Bankı (IDB) kapitalını artıracaq. «APA-Economics»in məlumatına görə, bunu bankın prezidenti Əhməd Məhəmməd Əli bildirib.

Ə.M.Əlinin sözlərinə görə, bank əlavə olaraq 10 mlrd. ABŞ dolları həcmində vəsait cəlb etməyi planlaşdırır.

«Biz bankın nüfuzunu qaldırmaq niyyətindəyik. Bu vəsait digər üzv qurumlar vasitəsi ilə səfərbər olunacaq və üzv ölkələrdə layihələrin icrasına yönəldiləcək», - deyə bank rəhbəri vurğulayıb.

Ə.M.Əli onu da qeyd edib ki, banka üzv ölkələr üçün optimal qiymətləndirmə siyasətinin formalaşdırılması həyata keçiriləcək və bunun üçün müxtəlif modellərdən istifadə olunacaq.

Bank rəhbəri üzv ölkələri qlobal böhranın nəticələrindən dərs çıxarmağa da çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR