Bank Of Baku

ITFC ilə Azərbaycan Beynəlxalq Bankı arasında kredit sazişi imzalanıb

ITFC ilə Azərbaycan Beynəlxalq Bankı arasında kredit sazişi imzalanıb
# 24 iyun 2010 11:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Beynəlxalq Ticarətin Maliyyələşdirilməsi Korporasiyası (ITFC - İslam İnkişaf Bankı (IDB) Qrupunun üzvü) ilə Azərbaycan Beynəlxalq Bankı (ABB) arasında kredit sazişinin imzalanması mərasimi keçirilib. «APA-Economics»in məlumatına görə, sənədi ABB-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev və İİB-nın prezidenti Əhməd Məhəmməd Əli imzalayıblar.

Saziş ITFC tərəfindən ABB-yə 30 mln. ABŞ dolları məbləğində kreditin ayrılmasını nəzərdə tutur. Vəsait ABB-yə ticarətin maliyyələşdirilməsi üçün ayrılır. Kredit 1 il müddətinə, illik 9%-lə təqdim olunur.

Qeyd edək ki, iyun ayının 21-də ABB İslam İnkişaf Bankı Qrupunun daha bir üzvü – ICD ilə kredit sazişi imzalayıb. Bu sənədlə ICD Azərbaycan Beynəlxalq Bankına kiçik və orta biznesin maliyyələşdirilməsi üçün 15 mln. dollar ayırıb.

Nəticədə, IDB Qrupu ilə ABB arasında imzalanmış kredit müqavilələrinin sayı 5-ə çatıb ki, bundan öncə imzalanmış sazişlərin icrası davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR