Bank Of Baku

Azərbaycanda dövlət əmlakının ixtisaslaşdırılmış pul hərracında satışı qaydaları təsdiq edilib

Azərbaycanda dövlət əmlakının ixtisaslaşdırılmış pul hərracında satışı qaydaları təsdiq edilib
# 24 iyun 2010 11:09 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev «Dövlət əmlakının ixtisaslaşdırılmış pul hərracında satışı Qaydaları»nı təsdiq edib. Bu barədə «APA-Economics»ə prezidentin mətbuat xidmətindən məlumat verilib.

Qaydalara əsasən, dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində yaradılmış səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındıqdan və səhmləri buraxıldıqdan sonra 30 gün müddətində II Dövlət Proqramı ilə nəzərdə tutulmuş qaydada səhmlərinin ixtisaslaşdırılmış pul hərraclarında satılması barəsində satıcı tərəfindən qərar qəbul edilməlidir. Özəlləşdirilən dövlət əmlakının satıcısı kimi Əmlak Məsələləri Dövlət Komitəsi çıxış edir.

Sənədə əsasən, iştirakçı tərəfindən təqdim edilən sifarişdə səhmlərin dəyərini ödəmək üçün təklif edilən pul vəsaitinin məbləği bir səhmin nominal dəyəri həcmində və ya onun 2 və daha çox tam mislinə bərabər olmalıdır. Sifarişçi tərəfindən ixtisaslaşdırılmış pul hərracında 1 səhmin alış qiymətinə maksimum hədd qoyulmadıqda sifariş 1-ci növ, belə hədd qoyulduqda isə 2-ci növ sifariş adlanır.

Satışa çıxarılmış səhmlərin 95%-dən az olmayan hissəsinin satılmasını təmin etmək, yaxud bir səhmin satış qiyməti səhmin nominal dəyərindən böyük olduqda, və ya hər hansı bir sifarişçi üzrə sifarişdə göstərilən pul vəsaitinin səhmlə ödənilməmiş hissəsi 50 qəpikdən az olmadıqda satışa çıxarılmış səhmlərin ümumi nominal dəyərini dəyişdirmədən, bir səhmin daha kiçik eyni nominallı səhmlərə bölünməsi əməliyyatı həyata keçirilə bilər.

Qaydalarda ixtisaslaşdırılmış pul hərraclarının keçirilməsinə hazırlıq, pul hərraclarında iştirak etmə şərtləri, hərrac komissiyasının işinin təşkili, ixtisaslaşdırılmış pul hərraclarının keçirilməsi qaydası, nəticələrinin rəsmiləşdirilməsi, hərracın nəticələri üzrə mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi və ləğv olunması məsələləri əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR