Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı xaricdən əlavə vəsait cəlb edəcək

Azərbaycan Beynəlxalq Bankı xaricdən əlavə vəsait cəlb edəcək
# 24 iyun 2010 11:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) cari ilin sonuna kimi xaricdən 300-400 mln. ABŞ dolları həcmində əlavə maliyyə vəsaiti cəlb etməyi planlaşdırır. «APA-Economics»in məlumatına görə, bunu bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev bildirib.

C.Hacıyev qeyd edib ki, artıq yaxın vaxtlarda 150 mln. dolların cəlb edilməsi gözlənilir.

C.Hacıyevin sözlərinə görə, hazırda bankın xarici borclanma portfeli 700-800 mln. dollar təşkil edir.

Xatırladaq ki, cari ilin aprel ayının 1-nə ABB-nin aktivlərinin həcmi 5 256,950 mln. manat, depozit portfeli 1 984,853 mln. manat, kredit portfeli 3 940,919 mln. manat, məcmu kapitalı 472,514 mln. manat, o cümlədən nizamnamə kapitalı 240 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR