Bank Of Baku

«Azərbaycan Sənaye Sığorta» şirkəti bu il mənfəətini 45% artırmaq niyyətindədir

«Azərbaycan Sənaye Sığorta» şirkəti bu il mənfəətini 45% artırmaq niyyətindədir
# 24 iyun 2010 12:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «Azərbaycan Sənaye Sığorta» şirkəti 2010-cu il ərzində 5,5 mln. manat həcmində sığorta haqqı toplayacağını proqnozlaşdırır ki, bu da 2009-cu ilin yekunu ilə müqayisədə 23,2% çoxdur. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədr müavini İntiqam Seyfulla bildirib.

İ.Seyfullanın sözlərinə görə, sığorta haqlarının strukturunda ən çox vəsaitin «Yük sığortası», «Yanğından icbari sığorta», «İnşaat sığortası», «Avtonəqliyyat vasitələrinin sığortası» və «Tibbi sığorta» növləri üzrə daxil olacağı gözlənilir.

İ.Seyfulla həmçinin qeyd edib ki, bu ilin yekununda şirkətin 1,4 mln. manat məbləğində mənfəət əldə edəcəyi proqnozlaşdırılır. Bu isə 2009-cu ilin eyni göstəricisi ilə müqayisədə 45% çoxdur.

Xatırladaq ki, təsisçisi «Azərbaycan Sənaye Bankı» olan «Azərbaycan Sənaye Sığorta» şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Yaxın vaxtlara kimi şirkət «Capital İnvestment Insurance» («CI Insurance») brendi ilə tanınıb. Cari ilin iyun ayının 1-nə şirkətin nizamnamə kapitalı 4 mln. manat təşkil edib. Hazırda şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR