Bank Of Baku

Şahin Mustafayev: «İslam İnkişaf Bankının toplantısı çərçivəsində Bakıda keçirilən tədbirlər Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək»

Şahin Mustafayev: «İslam İnkişaf Bankının toplantısı çərçivəsində Bakıda keçirilən tədbirlər Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək»
# 24 iyun 2010 13:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakıda təşkil olunmuş İslam İnkişaf Bankı (IDB) Direktorlar Şurasının 35-ci İllik Toplantısı çərçivəsində keçirilən tədbirlər Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək. «APA-Economics»in məlumatına görə, bunu İllik Toplantının yekunlarına dair keçirilən mətbuat konfransında Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.

Nazirin sözlərinə görə, iyunun 21-dən 24-dək IDB-nin Bakıda keçirilən İllik Toplantısı ilə bağlı 950-dən artıq xarici nümayəndə Azərbaycanda səfərdə olub ki, onların sırasında 38 nazir, 12 beynəlxalq təşkilatın rəhbəri, 6 mərkəzi bankın rəhbərləri, 3 komitə rəhbərləri olub: «Toplantı çərçivəsində bir sıra forum, simpozium, seminar və konfranslar keçirilib ki, bu da öz növbəsində Azərbaycan iqtisadiyyatının inkişafında müsbət rol oynayacaq».

Ş.Mustafayev qeyd edib ki, toplantı çərçivəsində Azərbaycanda səfərdə olan Suriya, Livan, Bosniya və Hersoqovina, İran, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan investorları Azərbaycanla iqtisadiyyatın bir çox sahələrində əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib.

Qeyd edək ki, IDB-nin İllik Toplantısı çərçivəsində banka üzv olan ölkələrə maliyyə böhranının təsirinə dair simpozium, islam bankıçılığnın perspektivləri kimi məsələlər müzakirə olunub, IDB-nin qurumları - Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası, İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası, İnkişaf naminə İslam Həmrəylik Fondunun illik iclasları, həmçinin bir sıra müxtəlif görüşlər, seminar, forum və təqdimatlar keçirilib.

Xatırladaq ki, IDB 1975-ci ildən fəaliyyət göstərir. Hazırda Bankın 56 üzvü var, Azərbaycan isə 1992-ci ildən Bankın üzvüdür. Bankda Azərbaycan tərəfdən müdir İqtisadi İnkişaf naziri Ş.Mustafayev, alternativ müdir isə maliyyə naziri Samir Şərifovdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR